Çəmən böyük gəbədi,
Önümə kim saldı ki.
Səndən mənə əbədi,
Xatirələr qaldı ki...
Itirmişəm özümü,
Iradəni, dözümü.
Mənim sənə sözümü,
Dəli külək çaldı ki...
Arzular axınlaşır,
Zamana uyğunlaşır.
Çillələr yaxınlaşır,
Eh, yaza nə qaldı ki...
Daşı oymaq olmayır,
Rəngin soymaq olmayır.
Nədən doymaq olmayır,
Yar, sözlərin baldı ki...
Kayıt Tarihi : 30.12.2019 06:51:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!