Yaylım ateşi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaylım ateşi

Olmasan sönəcək parlaq günəşim,
Mində bir zərrəsi qəlbimə hopar.
Sənin şərəfinə yaylım atəşi,
Mənim şərəfimə alqışlar qopar.

Səni son mənzilə yola salanda,
Ağlayar dəniz də, dağ da, əzizim.
Torpaq övladını təhvil alanda,
Qaraya çevrilər ağ da, əzizim.

Dünyanın beləcə gedişatına,
Nə sən günahkarsan, nə mən günahkar.
Tez mindin əcəlin gümüş atına
Ömrünün yolunu kəsən günahkar.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.6.2018 17:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu