Dünyanın ən uzun körpüsü məncə,
Yamanla yaxşının üstdə qurulub.
Heç zaman getmə gəl bu yolu tərsə,
Yaxşılıq üstündə lil su durulub.
Sən də yaxşılıq et, axirət qazan,
Yerin o dünyada cənnətlik olsun.
Sən ey pul qudurdub yolunu azan,
Qoyma ki kimsənin gözləri dolsun.
Bilirsən, dağ boyda fərəh gətirər,
Sənin eylədiyin kiçicik savab.
Səni qıl körpüdən tezcə ötürər,
Daha asan keçər son sual-cavab.
12.09.2018
Kayıt Tarihi : 15.9.2018 09:34:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!