Bağa girsən bağbanından izin al,
Qoxlamağa kolunda gül yaxşıdı…
Cəh-cəhindən bütün quşlar utanar,
Çağırmağa gülü, bülbül yaxşıdı …
Çox olanda iltifatlar, öymələr,
Həyadandır başı önə əymələr…
Yaxan üstə qovuşmursa düymələr,
Sinən üstə tökülən tel yaxşıdı….
Könül razı gözlərində batmağa,
Ümid olsun vüsalına çatmağa …
Dost dedinsə kürəyindən tutmağa,
Düşmən olsa vurmağa əl yaxşıdı…
Böyüklük et, qəbul elə əfvimi,
Gözlərinə halal etdim məhvimi…
Dalda durub danışandan səhvimi,
Düz üzümə söyləyən dil yaxşıdır….
Hər sirrini açıq etmə , nəs olar…
Ən çox üzən ən sevdiyin kəs olar …
Xoş günündə beş-on dost da bəs olar,
Dar günündə arxanda el yaxşıdı….
Kayıt Tarihi : 12.1.2025 23:49:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!