Yaxşı yol, karvan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaxşı yol, karvan

Neyçün gedən karvana,
Qoşulmadım ,İlahi.
Hicr olmayır kar mana,
Quş olaydım, İlahi.

Yara namə yerinə,
Özümü göndərəydim.
Bənd olaydım şerinə,
Sözümü göndərəydim.

Başı qarlı dağları,
Karvanla bir aşaydım.
Gecə aylı çağların
Hüsnüylə yollaşaydım.

Sərin suyundan içib,
Dolaşaydım sahiıi.
Daha fikirdən keçib,
Mənəmmiş eşq cahili...

Fikrə qərq olub sarvan,
Mənim qasid-çaparım...
Sizə yaxşı yol, karvan,
Yara salam aparın.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2020 16:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu