Bitib-tükənməyən arzularımın,
Ilki də sən oldun, sonuncusu da.
Taleyin qaranlıq yazılarını,
Oxudun.Anlaşmaz onuncusu da.
Özlədim,bilirsən, özlədim yaman,
Siqaret qoxulu nəfəsini də.
Gözlədim, bilirsən.Gözlədim, aman
Sənin dünya boyda qəfəsini də.
Zamanın bu damdar məngənəsində,
Nə zülmə dözdük biz, nə də qovuşduq.
Dayanıb vicdanın məhkəməsində
Çox şükür, cəzadan yaxşı sovuşduq.
Kayıt Tarihi : 23.6.2020 10:32:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!