Bu nə xəstəlikdir, bu nə azardır,
Elə qürrələnir, sanki Sezardır,
Pisindən Allahın özü bezardır,
Qurbanam dostumun yaxşısına da.
Allah da çox sevir qəlbən kübarı,
Olmasın könlündə dərdi, qübarı.
Heç vaxt əyilməsin dostun vüqarı,
Namərdin qüruru yaxşı sına da.
Başımın üstündə ildırım çaxır,
Tanrının ruzisi başımdan axır.
Bivəfa dostları neynirsən axı,
Dar gündə onları yaxşı sına da...
Kayıt Tarihi : 22.5.2020 07:44:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!