Köhnə paltar təzə kimi geyilməz,
Acı xəbər birdən-birə deyilməz.
Söyləyiblər :”Polad sınar, əyilməz”,
Sən ay dəmir, yaxşı əyil, yaxşı sın.
Məhəbbətim dalğalı Xəzər olub,
Üzərində göz olub, nəzər olub.
Pislərindən, eh, dünya bezar olub,
Mən sevmişəm adamların yaxşısın.
Aman Allah, bu eldən ceyran gedib,
Təbiətə kəsilib heyran, gedib.
Yəqin axan gur selə qurban gedib,
Yamana de, tapammadımYaxşısın.
Kayıt Tarihi : 8.11.2019 07:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!