Yatmış vicdan Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yatmış vicdan

Yatanları oyadar,
Xoruz öz banı ilə.
Dünyanı al boyadar,
Səhər ilk danı ilə.

Gecə yanar işıqlar,
Zülmətə yaraşıqlar.
Sevgisini aşiqlər,
Hiss edər canı ilə.

Xəyallarda azıram,
Görüşünə hazıram.
Axtarıram, gəzirəm,
Arazın yanı ilə.

Bilməm nə olub mənə,
Düşmüşəm duman-çənə.
Məktub yazıram sənə,
Qəlbimin qanı ilə.

Yalançı plan qurar,
Varlığı heçə vurar.
Bir gün üz-üzə durar,
Yatmış vicdanı ilə.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.4.2020 15:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu