Dərd şeytan həvəsində.
Duyuram nəfəsindən.
Həsrətin məhbəsində,
40 il yatıb çıxmışam.
Düşmüşəm buz gölünə,
Minbir ulduz gölünə.
Vüsalın duz gölünə,
Yüz yol batıb çıxmışam.
Alışarsan istinə,
El yığışar tüstünə.
Ayrılığın üstünə,
Hicri atıb çıxmışam.
13.02.2013
Kayıt Tarihi : 23.2.2019 15:43:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!