Yat, menim şehid balam Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yat, menim şehid balam

Bu işıqlı dünyada,
Qurtarmaz ki qan-qada.
Muradına röyada,
Çat,mənim şəhid balam.

Ölümsüzlük xətrinə
Bax şerimin sətrinə,
Qızılgülün ətrinə,
Bat, mənim şəhid balam.

Eşidirsən naləni,
Ürəkləri dələni.
Qərənfillə laləni,
Qat, mənim şəhid balam.

Axar sular lillənir,
Minamyotlar dillənir.
Düşmənə son gülləni,
At, mənim şəhid balam.

Haqqı çoxdur boynunda,
Uddun hayı oynunda.
Ana torpaq qoynunda,
Yat, mənim şəhid balam.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.12.2020 16:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu