Hər sevgi şerindən bir misra yeyib,
Özgədən danışıb, özündən deyib.
Xatirən yamanca al-əlvan geyib,
Mənim kimi yaşlanmayıb deyəsən.
Yenə də qapımı döyür ayrılıq,
Görüşü astaca söyür ayrılıq.
Özünü yamanca öyür ayrılıq,
Şeytan təkin daşlanmayıb deyəsən.
Taleyim, sən mənə ağ libas toxu,
Bəxtindən yarımır sevənin çoxu.
Fələyin özü tək qapqara oxu,
Pis insana tuşlanmayıb deyəsən.
18.12.2018
Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2018 15:39:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!