Yaşıqurtarmaz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşıqurtarmaz

Əlimi uzatsam əlinə yetməz,
Adın ürəyimə həkk olub. itməz.
Nə qəlbimin qəmli sevdası bitməz,
Nə də ki gözümün yaşı qurtarmaz.

Sən bir sarvan oldun hicran köçündə,
Əridin həsrətin sonsuz heçində.
Əbədi qalacam dərd-qəm içində,
Məni bu kədərdən naşı qurtarmaz.

Kipriklər oxdursa, qaş yaya bənzər,
Camalın nur saçan bir aya bənzər.
Bu dünya çınqıllı qayaya bənzər,
Şeytana atılan daşı qurtarmaz.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu