Həsrət yenə dul gələcək,
Ayrılığa qul gələcək.
Eh, deyəsən pul gələcək,
Əlimin içi qaşınır.
Dünya durar dollar üstdə,
Kəpənəklər kollar üstdə.
Bu uzanan yollar üstdə,
Hey əkin-biçin daşınır.
Bəyaz çiçək xatirələr,
Gözəl-göyçək xatirələr.
Məni görcək xatirələr
Bilmirəm neyçün yaşınır.
21.11.2017
Kayıt Tarihi : 30.4.2018 07:00:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!