Sən getdin,əbədi ayrıldın məndən,
Dağam,ayrı düşdüm dumandan,çəndən.
De.necə ayrılım,əl çəkim səndən,
Gücüm gözlərimin yaşına çatır.
Təbəssümlü deyil,qəmli baxışım,
Üşüyürəm,yağır leysan yağışım.
Naxışınla birləşmədi naxışım,
Gücüm gözlərimin yaşına çatır.
Sevmək və unutmaq-böyük cinayət,
Xatirələr indi acı rəvayət.
Sən də ağla,desəm qəmli hekayət,
Gücüm gözlərimin yaşına çatır.
Şair tək yaşadım,unudulmadım.
Yadımdan çıxmadın sən,unutmadım.
Eşqini heç zaman ucuz tutmadım,
Gücüm gözlərimin yaşına çatır.
Sevgi dolu aləmisən Sevincin,
Vüsal dolu xoş dəmisən Sevincin.
Həm kədəri,həm qəmisən Sevincin,
Gücü gözlərinin yaşına çatır.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:21:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/yasina-catir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!