Könül dərddən odlanar,
Dəli ürək adlanar.
Çətin yalqız şadlana,
Dözüm üçün yaşayım.
Aldanaraq tovlanar.
Ürək qəfil ovlanar.
Yenə də alovlanar,
Közüm üçün yaşayım.
Kədər qoyular dincə,
Fərəh incədən incə.
Nur simamda ikicə,
Gözüm üçün yaşayım.
Lütvdür mənə verdiyin,
Başımı göyə ərdiyin.
Beş-on kəlmə dediyim,
Sözüm üçün yaşayım.
Olmuşam sanki sürgün,
Gözümdən qaçmır mürgüm.
Heç olmasa bircə gün,
Özüm üçün yaşayım.
Kayıt Tarihi : 22.12.2025 15:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!