Az özgəyə meyl elə.
Şəri unut, xeyr elə.
Bircə anlıq seyr elə
Yaşaran gözlərimi.
Göz yaşını silər kim,
Üzümüzə gülər kim.
Alışdıra bilər kim,
Işaran közlərimi.
Yar küsə, dindirməyə,
Özünü endirməyə.
Geriyə döndərməyə,
Başaran sözlərimi.
Kayıt Tarihi : 2.5.2018 08:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!