Yaşanıb gedenler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşanıb gedenler

Hərdən taleyimin pəncərəsindən,
Boylanıb baxıram dağlara sarı.
Işıq, güc alıram hər zərrəsindən,
Günəş əridibmi görəsən qarı...

Dolanma qəlbimin dərinliyində,
Görüb eləyərlər, sonra söz olar.
Könlümün əbədi sərinliyində,
Sənsizlik sönməyən atəş-köz olar.

Yaşanıb gedənlər bir atım deyil,
Könlümdə özünə yuva quracaq.
Bilirəm, etdiyim səhv addım deyil,
Məhəbbət ayaqda dimdik duracaq.

Uyuyub yalanın daş qollarında,
Həqiqət necə də yuxuya gedib.
Min əngəl olaydı kaş yollarında,
Ağılı ətirli qoxuya gedib.

Süzülüb gedirəm torpağa kimi,
Qəlbimin ağrısın çəkib aparsın.
Elə solmuşam ki yarpağa kimi,
Torpağın üstünə çöküb ağarsın.

28.06.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 1.7.2018 10:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu