Yaşam bu gece qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşam bu gece qezel


Dərdimi şama desəm, tez sönəcək şam bu gecə,
Nə su içmiş,nə də ki eyləmişəm şam bu gecə.
Eşqinin gücündən,ey gül, gur axan sel olmuşam,
Çıxıban yatağımdan bəndimi daşam bu gecə.

Işğal olub dörd yanım,düşmüşəm əsiri-kölə
Həsrət,hicran səddini bəs necə aşam bu gecə.
Inan didir qəlbimi amansız şübhə- gümanlar,
Səninlə görüşək gəl elə bu axşam,bu gecə.

Alıb ağlımıl başdan dəli edir sənsizliyin,
Az qalır düz yolumu unudub çaşam bu gecə.
Durub ayna önündə bəzənibən gözəlləşim,
Qonağım olacaqdır sultani-paşam bu gecə.

Durmuşam altında mən güclü yağan ağ yağışın,
Iliyədək islanıb nəmliyəm,yaşam bu gecə.
Əgər “hə” əvəzinə bircə kəlmə “yox” söyləsən,
Itirər mə`nasını həyatla yaşam bu gecə.

Gülüm,göz qabağında çağlayan göy Xəzər olsan,
Dönüb mavi dalğaya fərəhdən coşam bu gecə.
Sevincəm ,məhəbbətin məni şair eyləyibdir,
Sənin eşqinlə gərək seirlər qoşam bu gecə.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:55:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu