Yaşadır beni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşadır beni

Dərd duyular hey ünündə,
Siyah rəngdir eh, dünün də.
Həsrət isti yay günündə
Yaman üşüdür məni.

Mənəm boş xəyala dalan,
Ayrılıqdan qəmi alan.
Başım üstdə qanad çalan,
Ruhun eşidir məni.

Vəslə gedən yol daralmış,
Bəyazı dərddən qaralmış.
Zalım xar solub-saralmış,
Gülə oxşadır məni.

Sən günəşdin, mənsə aydım,
Zərrəni min yerə yaydım.
Çoxdan ölülərə taydım.
Sevgin yaşadır məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!