Yaşadın ümid ile Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşadın ümid ile

Od yandırdı gülünü,
Səpdi yerə külünü.
Beş ilin hər gününü,
Yaşadın ümid ilə.

Qarabağa yürüşdü,
Şuşamızla görüşdüm.
Bir səngərdə vuruşdun,
Özün tək igid ilə.

Ağlatdın dost-yadını,
Zərlə yazdın adını,
Daddın zəfər dadını,
Neçə min şəhid ilə.

Atan uca bir dağdı,
Deyirdi balam sağdı.
Onunla birgə yağdı,
Dost oldu bulud ilə.

Ana övladçun çökər,
Gözündən qan-yaş tökər.
Qəlbi tək nalə çəkər,
Dərd həmahəng ud ilə.

Sevinc Arzulu
Kayıt Tarihi : 3.5.2021 14:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu