Kaş ki taleyim dəyişə,
Fərəh kədərlə dəyişə.
Az qalıbdır son döyüşə,
Vur zəfərlə başa.könül.
Yaşa könül,yaşa könül.
Işıq saçan mirvari,dürr
Şö`lən ilə qəlbi güldür.
Sevdiyin ilə ömür sür,
Gəz çəməni qoşa.könül.
Yaşa könül,yaşa könül.
Qəm yeli səni sıxmasın,
Kədər əlini sıxmasın.
Arzum budur heç çıxmasın,
Ümidlərin boşa könül.
Yaşa könül,yaşa könül.
Sevənlər göz yaşın silə,
Sevdiyinin qədrin bilə.
Şair qəlbi fərəh ilə,
Sevinc ilə coşa.könül.
Yaşa könül,yaşa könül.
Sən dünyanın Sevincisən,
Şeriyyətdə birincisən.
Bir mirvarı,bir incisən,
Aldanma qaş-daşa,könül.
Yaşa könül,yaşa könül.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:42:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!