Yaşa, dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaşa, dünya

DÜNYA ( S.Vurğuna)

Olum ölüm ilə əl-ələ gəzir,
Insanlar içində vəlvələ gəzir.
Yenə od püskürür, zəlzələ gəzir,
Düşmüşük yamanca təlaşa, dünya.

Gah gözü alasan, gah da qonursan,
Bizi yandırırsan, özün donursan.
Əvvəlcə sıxırsan, sonra yonursan,
Etmisən bizləri talaşa, dünya.

Insana bir dəfə verilir həyat,
Onu yaşamırıq şadlıqla,heyhat.
Yolumu gözləyir sonsuz kainat,
Aylı-ulduzlu göy tamaşa, dünya.

Sahilə sığmayan dəniz olmuşam,
Kədərli, qüssəli bəniz olmuşam.
Vəfasız həyata kəniz olmuşam,
Mənə də şənliklər yaraşa, dünya.

Şair libasını geyibdir Vurğun,
Halalca çörəyin yeyibdir Vurğun.
Sözün yaxşısını deyibdir Vurğun,
“Biz gəldi-gedərik, sən yaşa,dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 09:50:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!