Dərdi qəmə qatma Sevinc,
Fərəhini atma Sevinc.
Sən gəl yasa batma, Sevinc
Gözlərindən yaş süzülər.
Yol üstündə neçə irmaq,
Qazımışam cırmaq-cırmaq.
Nə çətinmiş qaya yarmaq,
Dərd danışsam daş büzülər.
Xatirəni məhv etmişəm,
Ürəyimdə dəfn etmişəm.
Ah, nə qədər səhv etmişəm,
Dil ucunda ”kaş”düzülər.
Doğuldun ayaqüstə sən,
Azacıq boyu bəstəsən.
Bircə əmrinlə istəsən,
Neçə-neçə baş üzülər.
Kayıt Tarihi : 13.12.2021 08:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/13/yas-suzuler.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!