Qəmin dananın önündə,
Şam tək yananın önündə.
Təkcə ananın önündə,
Əy,əzizim, baş, qəddini.
Qaranlıqdan işığa çıx,
Azadlığın əlini sıx.
Məhəbbətin gücüylə yıx,
Sən həsrətin daş səddini.
Demirəm ki hicranı seç,
Ya mən üçün canından keç.
Sadiq yarım,qocalma heç,
Dəyişdirmə yaş həddini.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 16:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!