Dünyada,əzizim, yaxşılıq qalır,
Pis adət insanı hörmətdən salır.
Deyəsən indi də qaraya çalır,
Payızda saralıb-solan yarpaqlar.
Dünya yaranandan közü dəmlidir,
Lirik musiqinin sözü qəmlidir.
Əlimi vururam, üzü nəmlidir,
Mənim tək gözləri dolan yarpaqlar.
Yamyaşıl vaxtlarda gözəl olursuz,
Hərəniz bir cürə,özəl olursuz.
Torpağa tökülüb xəzəl olursuz,
Küləkdir budaqdan yolan, yarpaqlar.
Bu həyat əzəldən sirli, qəribə,
Ağacın meyvəsi tezcə dərilər.,
Ağrıya-acıya sinə gəribən,
Hər biri xatirə olan yarpaqlar.
Kayıt Tarihi : 15.1.2022 11:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/01/15/yarpaqlar.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!