Yarımı itirmişem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yarımı itirmişem

Nə qara gəldi zaman,
Fələk, əlindən aman.
Tənha ağlayır kaman,
Tarımı itirmişəm.

Qəm özün dərddən asıb,
Hər yanı zülmət basıb.
Oldum hamıdan kasıb,
Varımı itirmişəm.

Çox sevərdi gülləri,
İncə, zərif tülləri.
Gözüm gəzir elləri,
Yarımı itirmişəm.
24.11.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 6.12.2018 07:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu