Yarda qalmadı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yarda qalmadı

Taqətim yox qəhərimi udmağa,
Ayrılığın zəhərini udmağa.
Qəmli gündə qəlbimi ovutmağa,
Səndən mənə yadigar da qalmadı.

Qan ağlayır indi gözəl Qarabağ,
Göz yaşının hər damlası qara-ağ.
Önümüzdə hey yüksəlir qara dağ,
Zirvəsində donmuş qar da qalmadı.

Ürəyimin həzin çalan neyi yox,
Lal könlümün haylamağa heyi yox.
Bu göylərin qartalı yox.leyi yox
Ov etməkçün tərlan,sar da qalmadı.

Xatirələr təşkil etdi hücumu,
Intizarın məhv eylədi gücümü.
Fələk məndən qabaq aldı öcümü,
Qisasım ol namərd xarda qalmadı.

Həzin,lirik nəğmə çalar qəlb simi,
Torpaqdandır,çökəcəkdir qəlb himi.
Ayrılanda geri verdi qəlbimi,
Əbədilik nakam yarda qalmadı.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.6.2018 08:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu