Deyəsən yağmayıb hədər yağışım,
Bəxtimə yazılıb qədər yağışım.
Uca göydən yağır kədər yağışı,
Altında yuyunub daranmışam mən.
Ilahi yanında mən üzüağam,
Qəlbimdə yaşarsan nə qədər sağam.
Sanırdım ağ qarlı uca bir dağam,
Istisi bol olan aranmışam mən.
Məndən uzaq qaçır gözləri nəmim,
Möhnətim lap çoxdur,fərəhdir kəmim.
Könlümdə azalmır kədərim,qəmim,
Elə dərd çəkməkçün yaranmışam mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:45:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/yaranmisam-men.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!