Yaradıb sizi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaradıb sizi

Sis-duman zirvədə ayaz çağırır,
Dənizdə dərinlik dayaz bağırır.
Vüsalın özü tək bəyaz cığırı,
Həsrətin həmişə qaradır izi.

Ilk görüş yerinə biz yenə gələk,
Bir azca üşütsün gilavar-külək.
Neynəyə bilərik.Bu zalım fələk,
Zaman darağında daradır bizi.

Mən vaqif olmuşam hər sirrinizə,
Günəş nur çiləyər ləl-dürrünüzə.
Necə yaraşırsız bir-birinizə,
Ilahi qüdrətdən yaradıb sizi.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2020 11:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu