Yaradan meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yaradan meni

Qoyma yaralansın döyünən ürək,
Arzu-muradıyla öyünən ürək.
Yerlərdə sürünmək nəyimə gərək,
Göylərə qaldırar bu sevdan məni.

Gecə də, gündüz də doludur beynim,
Açılmır qüssədən, açılmır eynim.
Bilməyir qədrimi, bilməyir neynim,
Elə hey incidir bir nadan məni.

Gəlir qulağıma muğam sədası,
Gözümün önündə vəslin ədası.
Yamanca üşüdür payız havası,
Görən isidəcək doğan dan məni.

Sənin dediyinlə razıyam, tamam,
Sonuncu murada yetməyən kamam,
Bir azca sadəlovh, bir azca xamam,
Eh, xeyir tapmaz ki aldadan məni.

Sanasan qızılgül yolumu pusur,
Yenə məni görcək bülbüllər susur.
Şerimdə tapmazsan bir damla qüsur,
Şair yaradıbdır yaradan məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.9.2023 07:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!