Yananım gelir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yananım gelir

Nadanı qandırmaq olmaz him-cimlə,
Xəyal pəncərəni sən tez hör simlə.
Sallana-sallana gəlir gör kimlə,
Can qurban etdiyin cananın gəlir.

Yamanca göstərir külək özünü,
Əğyar da zilləyib köşək gözünü.
Nə olsin, deməyir ürək sözünü,
Gizlicə oduna yananın gəlir.

Yaramın közünü astaca soyub,
Qəlbimi sözüylə hey oyub-oyub.
Sevginin sonuna bir nöqtə qoyub,
Eşqi-məhəbbəti dananım gəlir.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:13:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu