Yanam men Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yanam men


Yüzdən əllisi var, əllisi hanı,
Gizlini bir sirrdir,bəllisi hanı.
Insanlar dönükdür, fərlisi hanı,
Pislərin oduna gərək yanam mən?

Torpağı doyurmur gözümün yaşı,
Itirdim ən yaxın dostu, sirdaşı.
Odsuz alovlanır bağrımın başı,
Qəbriniz üstəyəm atam, anam mən.

Mən ki dost olmadım azdığım ilə,
Qəbrimi birlikdə qazdığım ilə.
Kimsə fəxr eyləməz yazdığım ilə,
Eləcə özümə şöhrət, şanam mən.
12.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu