Bəsdir daha,ucalıqdan düş,yeri,
Ortaq payda qalıb böyük diş yeri.
Tapaq talan olunmalı iş yeri,
Sən müdir ol,mənsə sənə müdavim,
Mən stəkan.sənsə dolu qrafin.
Unutmayaq biz əvvəlki mənsəbi,
Saqqız təkin uzatmayaq mətləbi.
Tez bitirim o açdığın məktəbi,
Sən müəllim,mənsə sənə müdavim,
Sənə qurban mənim eşiyim-evim.
Danlasalar nə sakit ol.sükut et,
Demirəm ki,bircə sözdən süqut et.
Qışqır-bağır,doğruluğun sübut et,
Sən ciddi ol,mənsə həlim,mülayim.
Sən alov ol,mənsə səni sulayım.
Kayıt Tarihi : 13.6.2018 10:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!