Qanadsız quşa döndərmə,
Zəhərli nuşa döndərmə.
Nə olar qışa döndərmə,
Sən mənim payız ömrümü.
Gəl birlikdə eşqdə azaq,
Sonuncu nəğməni yazaq.
Başqası qaçsa da uzaq,
Sevəcək o qız ömrümü.
Sevənlərə ərk edərəm,
Eşqimizi körk edərəm.
Günün biri tərk edərəm,
Tək-tənha, yalqız ömrümü.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2020 09:37:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!