Saralıbdır kədərdən o ağ bəniz,
Həsrətə, hicrana olmuşam kəniz.
Göz yaşlarım çağlayar sanki dəniz,
Özümü odlara salanam, Ata.
Qəbrin üsə qoyaram gül düzümü,
Qəm soldurdu bir anda gül üzümü.
Zülmət eylədilər nur gündüzümü,
Uzaq xəyallara dalanam, Ata.
Arzum müqəddəsdir, niyyətim təmiz,
Səni xatırladır hər cığır, hər iz.
Heç kimə deyiləm mən doğma, əziz
Tək sənin sevimli balanam, Ata.
Su tökdülər atəşimə, közümə,
“Kor” dedilər tükü seçən gözümə.
İnanmırlar söhbətimə, sözümə
Sanırlar riyayam, yalanam, Ata.
Sevincəm, əl çəkmir məndən qarlı qış,
Oda salanlara edirəm qarğış.
Mənə etməyirlər deyən heç alqış,
Səndən xeyir-dua alanam, Ata.
Kayıt Tarihi : 8.8.2020 11:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Tebrik Ederim
saygılar
TÜM YORUMLAR (1)