Gecə-gündüz andıqların,
Atəşinə yandıqların,
Sənin doğru sandıqların,
Bəlkə yalan imiş, dostum.
Indi daha yox sevdiyin,
Azadlığa tox sevdiyin.
Bir zamanlar çox sevdiyin,
Bölgə talan imiş, dostum.
Əllərində çən sızlayan,
Tellərində dən sızlayan,
Qəribsəyib sənsizləyən,
Kölgə nalan imiş,dostum.
Kayıt Tarihi : 19.3.2020 15:24:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!