Acı etdi şirin,meyxoş təmimi,
Tez batırdı dəryada qəlb gəmimi.
Heç olmadıq biz onunla səmimi,
Əzizimi əldən alan dünyadı,
Dünya yalan,dünya yalan dünyadı.
Olammadım mən məhəbbət timsalı,
Ayağımı yandırdı qəm qumsalı.
Çox gördülər bizə şirin vüsalı,
Aralığa həsrət salan dünyadı.
Dünya yalan,dünya yalan dünyadı.
Hicran aramızda eşqə qənim tək,
Qüssə də bir tüldür duman,çənim tək.
Kədərli anımda deyən mənim tək,
Əlçatmaz xəyala dalan dünyadı.
Dünya yalan,dünya yalan dünyadı.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:46:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!