Yağışa bax ilahi Şiiri - Habil Yaşar 2

Habil Yaşar 2
19

ŞİİR


0

TAKİPÇİ

Yağışa bax ilahi

Yağışa bax ilahi,
adam kimi danışır.
adam kimi dərd çəkir,
adam kimi alışır.
Bu dərd çəkən yağışın bəlkə həmdərdi mənəm,
bəlkə də ürəyində çəkdiyi dərdi mənəm.
nə bilim, hardan bilim bu yağışın dərdini,
dərdlilər yaxşı bilər dərdlilərin dərdini.

Yağışa bax ilahi,
yağışın ürəyinə,
ruhuna bax ilahi.
Belə incə ürəyə toxunarsan qırılar,
yağışın sinəsində tüğyan edir yaralar.
Yağışım... gözlərindən oxuyuram dərdini,
nə varsa mənə danış, unutma həmdərdini.

Habil Yaşar 2
Kayıt Tarihi : 2.2.2019 21:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Habil Yaşar 2