Yağış tek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Yağış tek

Sildim ürəyimdən sənin adını,
Qəlbimdə əbədi boş qalacaqdır.
Mənəmmiş dünyanın sirli qadını,
Sandın ki zülm etsən xoş olacaqdır.

Saralmış vərəqin son sətirinə,
Qırmızı qələmlə nida qoyulmuş.
Büründüm payızın xəzəl ətrinə,
Bahar-yaz omrümə vida qoyulmuş.

Sən şümal olmusan, mən kələ-kötür,
Dəyişən deyiləm, rəndələmə sən.
Öz sevgi payını hələ gəl götür,
Başıma yağış tək dərd ələmə sən.
O1.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:49:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu