Yağışlı qış günündə,
Qəm duyular ünümdə.
Birgə taksidən düşdük,
Payız durdu önümdə...
Bu payızın simsarı.
Yağış imiş sən demə.
Bu sevginin timsalı,
Barış imiş sən demə.
Biz barışdıq yağışda,
Əl-ələ tutub getdik.
Hey ucasldıq alqışdan,
Dərdi unudub getdik.
Unutduq bir dəfəlik,
Kədəri də, qəmi də.
Görən neçə nəfərik,
Bu bəmbəyaz gəmidə?
Ayrılığın tikanı
Geniş çölümüzdədir.
Bu gəminin sükanı,
Bizim əlimizdədir...
Kayıt Tarihi : 12.3.2020 13:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/12/yagis-baris.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!