Kədər üçün gözəl ovdum,
Təbəssümü nədən qovdum.
Bir vaxt yaman dəlisovdum,
Indi necə fağıram mən.
Qiymət verməz əməyimə,
Zəhər qatar yeməyimə.
Çətin gündə köməyimə,
Axı kimi çağıram mən.
Bəxt taledən küskün olub,
Vüsal necə miskin olub.
Yağış olub,çiskin olub
Qəmin üstə yağıram mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:48:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!