Yadıma düşürsən yağanda bəyaz qar,
Olmadı arada nə peyman, nə ilqar.
Yadıma düşürsən yağanda gur yağış,
Gözümdən getməyir qəlb üzən o baxış.
Yadıma düşürsən ildırım çaxanda,
Hicranın göz yaşı üzümə axanda.
Yadıma düşürsən ruzigar yarpağı tökərkən,
Səni mən görmüşəm hicrandan diz üsə çökərkən.
Yadıma düşürsən,əzizim, həmişə,
Yadıma düşürsən hər dəfə günəşə baxanda.
Yadıma düşürsən gözlərim yaş ilə dolanda.
Yadıma düşürsən açılan qızılgül solanda.
Həmişə yadımdasan,
Həmişə yanımdasan...
Kayıt Tarihi : 8.1.2023 16:29:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!