Göy çəmən gəbədi.gülüm,
İnancım Kə`bədi.gülüm.
Bacarsan əbədi,gülüm,
Xoşbəxtliyə ad et məni,
Yad et məni.yad et məni.
Çətində dostdur əlacım,
Şeirlərim-şahlıq tacım.
Kaş yuyula ağrım-acım,
Şirin-şəkər dad et məni,
Yad et məni,yad et məni.
Göy səmada quş tək süzüm,
Yer üzünə çiçək düzüm.
Qoy həmişə gülsün üzüm,
Sevindirib şad et məni,
Dərd-kədərə yad et məni.
Yad et məni,yad et məni.
Kayıt Tarihi : 13.6.2018 07:14:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!