Ümidlərim, arzularım pərişan,
Göz yaşlarım sel-sulara qarışan.
Nədir görən kəhkəşanda sayrışan,
Günəşmidir, ulduzmudur ya aydır.
Gör hicrindən vəslin qəşş eylədiyin,
Həyatıma qəmi nəqş eylədiyin.
Çərx-fələyin mənə bəxş eylədiyi,
Rüşvətmidir, hədiyyədir ya paydır.
Dönmədim başına, olmadım fədan
Həsrətinin acı dadın mən dadan.
Qulağımdan çəkilməz ki səs-sədan,
Qışqırıqdır, çağırışdır ya haydır.
Kayıt Tarihi : 29.6.2018 06:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!