Gümüşü-ağdır dərisi,
Çoxdan verilib hərisi.
Şairin ilham pərisi,
Görən boşunamı gəlir.
Gündüzləri ayaz etmə,
Gecələri bəyaz etmə.
Gözəl, bu qədər naz etmək,
Deyən xoşunamı gəlir.
Tez saralı xatirələr,
Al yaralı xatirələr.
Ağ-qaralı xatirələr,
Rəngli qoşunamı gəlir.
Axan çaylar durularmı,
Eldə büsat qurularmı,
Başqası heç vurularmı
Torpaq-daşınamı gəlir.
Ay işığı yaxarmı heç,
Şimşək qəlbdə çaxarmı heç.
Zalım fələk baxarmı heç
Gözüm yaşınamı gəlir..
Kayıt Tarihi : 9.1.2020 08:19:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!