Xoşuna getdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Xoşuna getdi

Çox çətinmi anlamaq,
Yarı yavaş yanlamaq.
Səbəbsizcə danlamaq,
Görrəm, xoşuna getdi.

Özün ifrit, ibinə,
Düşdün yerin dibinə.
Deyən əlin cibinə,
Vallah, boşuna getdi.

Başdan öcü atmadı,
Qəlbə ucu batmadı
Mənə gücü çatmadı,
Fikri qoşuna getdi.

Gəl, ay başıbəlalım,
Doğmadı ki hilalın,
Sənin fikrin, xəyalın,
Məzar daşına getdi.

Nədir səndən çəkdiyim,
Bağında gül əkdiyim.
Tənhalığın, təkliyin,
Gözün yaşına getdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.1.2021 16:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu