Sənin mənsizliyində
Gizlənibdir sirr-sehir.
Ay əzizim, ayrılıq
Məndən asılı deyil.
Özün getdin bu yolu.
Döz də çətinliyinə.
Mən baxıb heyran olum,
Sənin mətinliyinə.
Soyuq küləklər əssin,
Saçlarını darasın.
Bəlkə bir kəlmə sözüm,
Ayrılığa yarasın.
Bilirsən, gizlənibdir
İzdən vüsalın özü.
Deyən daha su içmir,
Bizdən vüsalın gözü.
O izlər ki quruyub,
Daha irəli getmir.
O izlər ki burulub,
Qəlbin dediyin etmir.
Bir az qonşuya çıxır,
Bir az bulaq başına.
Həsrət evimi yıxır,
Dön könül sirdaşıma.
Qara kölgələr kimi,
Nədən qarabəxt olaq?
Biz də özgələr kimi,
Ömr edib xoşbəxt olaq.
19-07.2018
Kayıt Tarihi : 19.7.2018 08:15:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!