Barmaqlarımı sıxdım ovucuma,dırnaqlarım cinayət etdi,qana buladı əllərimi.
Gözlərim sel kimi aşdı-daşdı.
Üz tutdum göyə,ay aman buludlar nə yaman qızarıb.
Yer,göy titrəyir.Torpağın sızıltısına,göydə buludlar xəcalətdən qızarıb yerdəkilərin yaltaqlığına,
Dözə bilmir yerdəkilərin düşdüyü çamura, bataqlığına.
Hay,haray,şivən qoparan ağacların başına daş tökdu, qızaran buludlar dolu qırmanclarını.
Ağılınız yoxdur,həyanız yoxdur,demək istədi.
Biz xəcalət çəkirik sizin yerinizə.
Xəcalətdən boyanmışıq qan rənginə,xəcalətdən qızarmışıq.
Sizlərə elə qənim olarıq ki,bizə verdiyiniz bu xəcalət əzabına.
İtirdiniz inamı,itirdiniz gümanı.
Dəyişdiniz zamanı.
Bir gün gələr,çəkərlər sizi məhşərə,
Niyə itirdiniz imanı?
Bax gülüşə həsrət,sevincə müştak,layiqsiniz, çəkin cəzanı.
Cəlladını sevdiniz,qatilin başına and içdiniz,
Bax zülümə bürünün,mələk libasına bürünün,öpüşünüz olsun zəhər, qoy sizi boğsun qəhər.Xəcalətdən qızaran bulud çəkilməz daha.
Üzünə gülməz səhər.
Əlim keyidi, barmaqlarım utandı,yaza bilmədi Xoşbəxtlik simfoniyasını.
Topal oldu varmaqlar,
Göz yaşı tökdü qızaran buludlar.
Tahirə Məğrur.
30.05.2023.
Türkiyə Bolu.
Kayıt Tarihi : 19.6.2023 20:27:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!