Önünüzdə açar güllər,
Nəğmə deyər şirin dillər.
Ötüb keçsə neçə illər,
Ürəyiniz cavan olsun.
Qohum etdiz iki soyu,
Gözləyirik nişan, toyu.
Xoşbəxt olun həyat boyu,
Ömrünüz firavan olsun.
Dünya güzgüdə daransın,
Qəmdən, kədərdən aransın,
Kiçicik dünya yaransın,
Bir Aytən, bir Rəvan olsun.
Kayıt Tarihi : 27.3.2022 08:44:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!